525.Az

Nazir: "2020-ci il büdcəsində sosial təminatla bağlı əhəmiyyətli artım olacaq"


 

Nazir: "2020-ci il büdcəsində sosial təminatla bağlı əhəmiyyətli artım olacaq"<b style="color:red"></b>

Əhalinin sosial təminatının yaxşılaşdırılması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm addımlar atılıb. Bu işlər 2020-ci ildə də davam etdiriləcək.

Trend-in məlumatına görə, bu sözləri Maliyyə naziri Samir Şərifov noyabrın 5-də Milli Məclisdə 2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, növbəti ildə büdcədə sosial təminatla bağlı əhəmiyyətli artım olacaq. 2020-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlar da daxil olmaqla, əməkhaqlarının artımı gözlənilir.

 





05.11.2019    çap et  çap et