525.Az

Hava yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq


 

Hava yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq<b style="color:red"></b>

Noyabrın 4-ü gün ərzində, 5-i səhərədək əksər rayonlarda hava şəraiti, əsasən, yağmursuz keçib, lakin Lənkəran-Astara zonasında, Bakıda və Abşeron yarımadasında yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 5-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Noyabrın 6-da ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi üstünlük təşkil edəcək.

 





05.11.2019    çap et  çap et