525.Az

Azərbaycan yığması Şahmat Olimpiadasının qalibi oldu


 

Azərbaycan yığması Şahmat Olimpiadasının qalibi oldu <b style="color:red"></b>

16 yaşadək şahmatçılardan ibarət Azərbaycan yığması Türkiyədə keçirilən Olimpiadanın qalibi adını qazanıb.

APA-nın məlumatına görə, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayevadan ibarət milli komanda son turda qələbə sayəsində rəqibləri üçün əlçatmaz olub.

IX turda Çinlə üz-üzə gələn şahmatçılarımız 7-ci görüşlərindən də qalib ayrılıblar. Digər 2 matçda da heç-heçə edən yığma 16 xalla Şahmat Olimpiadasının çempionu adına yiyələnib.

Yarışda gümüş medallara Özbəkistan sahib olub.

 





05.11.2019    çap et  çap et