525.Az

Rusiya vətəndaşlarının 59 faizi dörd günlük iş həftəsini dəstəkləyir


 

Rusiya vətəndaşlarının 59 faizi dörd günlük iş həftəsini dəstəkləyir<b style="color:red"></b>

Rusiya vətəndaşlarının demək olar ki, yarıdan çoxu dörd günlük iş həftəsinə keçmək üçün daha intensiv işləməyə hazır olduğunu bildirib.

APA-nın “İzvestiya”ya istinadən verdiyi xəbərə görə, bu rəqəm “HeadHunter”in Rusiyada keçirdiyi rəy sorğusunun yekun hesabatında əksini tapıb.

Sorğu iştirakçılarının 2/3-si yeni iş qrafikinin tətbiqini dəstəklədiyini deyib. Respondentlərin yalnız dörd faizi dörd günlük iş qrafikinə qarşı çıxıb.

Rəyi soruşulanların 59 faizi isə cümə günündə də istirahət etmək istəyini ifadə edib.

 





06.11.2019    çap et  çap et