525.Az

Tacikistan-Özbəkistan sərhədində zastavaya hücum edən 15 İŞİD üzvü öldürüldü - Yenilənib


 

Tacikistan-Özbəkistan sərhədində zastavaya hücum edən 15 İŞİD üzvü öldürüldü - <b style="color:red">Yenilənib</b>

Tacikistan-Özbəkistan sərhədində yerləşən sərhəd zastavasına hücum edən silahlılar İŞİD terror təşkilatının üzvləri olub.

APA-nın xəbərinə görə, bu barədə TASS Tacikistan Milli Təhlükəsizlik Komitəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, sərhəd zastavasına hücum edən İŞİD döyüşçüləri Əfqanıstandan gəliblər.

*** 11:13

Tacikistan-Özbəkistan sərhədində yerləşən sərhəd zastavasına silahlı hücum edilib. 

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, 20 silahlı şəxs Sultanabad sərhəd dəstəsinin “İşkobod” zastavasına hücum edib.

Hücum zamanı 15 silahlı məhv edilib, 5 nəfər saxlanılıb.

Bundan başqa, bir nəfər sərhədçi və bir nəfər polis əməkdaşı ölüb.

 





06.11.2019    çap et  çap et