525.Az

Türkiyə prezidenti: “Əbubəkr əl-Bağdadinin həyat yoldaşı həbs edilib”


 

Türkiyə prezidenti: “Əbubəkr əl-Bağdadinin həyat yoldaşı həbs edilib”<b style="color:red"></b>

İŞİD terror təşkilatının öldürülmüş lideri Əbubəkr əl-Bağdadinin həyat yoldaşı həbs edilib.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz də İŞİD liderinin həyat yoldaşını həbs etmişik. Bu gün bunu ilk dəfə açıqlayıram”, - deyə, Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan xatırladıb ki, Əbubəkr əl-Bağdadinin bacısı da həbs olunub.

Xatırladaq ki, oktyabrın 27-də ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib.

 





06.11.2019    çap et  çap et