525.Az

Ərdoğan 13 noyabrda ABŞ-a səfər edəcək


 

Ərdoğan 13 noyabrda ABŞ-a səfər edəcək<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Donald Tramp "Twitter" səhifəsində bildirib.

"Türkiyə prezidenti Ərdoğanla çox yaxşı telefon söhbətimiz oldu. O, münaqişə zamanı qaçdığı bildirilən çox sayda İŞİD döyüşçüsünü, o cümlədən terrorçu qatil əl-Bağdadinin həyat yoldaşı və bacısının ələ keçirilməsi barədə məlumat verdi. Biz, həmçinin Suriya və Türkiyə sərhədi, terrorizmin aradan qaldırılması, kürdlərlə düşmənçiliyin sona çatması və digər məsələlər barədə danışdıq. Gələn çərşənbə günü, 13 noyabrda prezident Ərdoğanı Ağ Evdə görməyi səbirsizliklə gözləyirik", - deyə ABŞ prezidenti bildirib.

 

 





07.11.2019    çap et  çap et