525.Az

Ərdoğan Türkiyə həbsxanalarındakı İŞİD-çilərin sayını açıqladı


 

Ərdoğan Türkiyə həbsxanalarındakı İŞİD-çilərin sayını açıqladı<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə həbsxanalarında saxlanılan İŞİD terror təşkilatının üzvlərinin sayını açıqlayıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti Macarıstana səfərindən öncə keçirdiyi mətbuat konfransında bildirib ki, ölkə həbsxanalarında 1149 nəfər İŞİD-çi var.

“İndiyə kimi Türkiyəyə girişi qadağan edilən İŞİD-çilərin sayı 76 min nəfərdir. 7550 İŞİD üzvü isə Türkiyədən deportasiya edilib”, - deyə, Türkiyə Prezidenti qeyd edib.

 





07.11.2019    çap et  çap et