525.Az

“30 rayonda tullantı sularının təmizlənməsi ilə bağlı işlər başa çatıb”


 

“30 rayonda tullantı sularının təmizlənməsi ilə bağlı işlər başa çatıb”<b style="color:red"></b>

"Tullantı suyunun təmizlənməsi ilə bağlı 30 rayonda işlər başa çatıb. 11 rayonda su layihələri başa çatsa da, kanalizasiya layihələri icradadır. Digər rayonlarda isə həm su, həm də kanalizasiya işləri davam etməkdədir".

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən ənənəvi mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, Gəncə, Şəki, Şirvan, Salyan, Şəmkir, Qax, Mingəçevirdə işlər davam edir:

"Oktyabrın 28-də Prezident İlham Əliyev Ağdaşda su layihəsinin açılışında iştirak edən zaman bildirdi ki, 5 rayonda hələ işlər başlamayıb. Bunlar Yevlax, Bərdə, Horadiz, Balakən və Neftçala rayonlarıdır. Artıq Yevlaxla bağlı göstəriş almışıq, vəsait ayrılıb və işlərə start vermişik. Horadizdə də işlərə başlamışıq. Düşünürəm ki, gələn il Bərdə, Balakən və Neftçalada da işlərə başlayacağıq".

Q. Hüseynov bildirib ki, bir neçə rayonda tullantı su qurğularının tikintisi davam edir:

"Bunlar Xaçmaz, Xızı, Qobustan rayonlarıdır. Tərtər, Qazax, Gədəbəy, Daşkəsən, Beyləqan, Ağcabədi və Ağdaş rayonlarında tullantı sutəmizləyici qurğularının tikintisi gedir. Bu layihələr başa çatdıqdan sonra rayonlardakı işləri bitmiş kimi qəbul edə bilərik".

 





07.11.2019    çap et  çap et