525.Az

“Bilirdik ki, uzaqlarda bizim kimi düşünən və danışan qardaşlarımız var...”- "TÜRKİSTANA SELAM"


 

“Bilirdik ki, uzaqlarda bizim kimi düşünən və danışan qardaşlarımız var...”- <b style="color:red">"TÜRKİSTANA SELAM"</b>

ŞAİR DURSUN ELMAS: “AZƏRBAYCANDAN BAŞLAMAQLA, BÜTÜN TÜRKÜSTANI DOLAŞMAQ, ZİYARƏT ETMƏK İSTƏYİRƏM” 

Bu günlərdə əsl Turan-Türküstan sevdalısı olan türk şairi Dursun Elmasla görüşdük. Müsahibimiz ən müxtəlif mövzülardan söz açsa da, söhbətimizin ana xəttini şairin kəlməbaşı “Can Azərbaycan” deyə min bir sevgiylə andığı vətənimiz, millətimiz haqqında söylədiyi yüksək fikirlər təşkil edir.

Türkiyənin Xalq şairi Dursun Elmas 1955-ci ildə Türkiyənin Tokat vilayətində, Rəşadiyə ilçəsinin Taşlıca kəndində dünyaya gəlib. 1970-ci illərdə Tokat Öyretmen Okulunu bitirdikdən sonra pedaqoji fəaliyyətlə məşğul olub, təhsil sahəsindəki xidmətlərinə görə bir sıra mükafat və təqdirlərə layiq görülüb. 27 illik məslək həyatından sonra öz istəyi ilə təqaüdə çıxıb. Müəyyən dönəmlərdə mətbuatda da yazar kimi çıxış edib. Dörd övlad atası, iki kitab müəllifidir. Bu ilin sentyabrından Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk liseyində müəllim kimi çalışır.

D.Elmas Azərbaycanda özünü öz vətənindəki kimi hiss etdiyini dilə gətirib: “İstanbul hava limanından başlayan iki saat yarımlıq uçuşdan sonra Bakı aeroportuna endikdə özümü Türkiyədə - Ankarada, Antalyada, İstanbulda, Samsunda, Bursadakı kimi hiss etdim. Heç başqa ölkəyə gəldiyimi düşünmədim. Çünki hava limanında hər kəsə türkcə danışırdı, oradakı hər kəs türkdü. Buradakılar da mənim əmioğlularım, xalaoğlularım, bibioğlularım idi. Övladlarımdan, nəvələrimdən ötrü darıxmağımı nəzərə almasaq, elə bil ki, öz vətənimdəyəm. Bircə dəqiqə belə özümü yad kimi hiss etmədim. Sanki Türkiyədəyəm, zənn etdim, hələ də elə zənn edirəm. Türkiyədəki insanlarla Azərbaycanda yaşayan insanlar arasında heç fərq yoxdur. Hələ, əksinə, Azərbaycandakı insanların ədəbləri, dünyagörüşləri, sayğıları, sevgiləri bizim Türkiyədəkilərdən daha yüksəkdir. Buranın insanlarını çox sevdim. Avtobusda, metroda xanımlara, yaşlılara, qocalara, körpələrə yer vermələri məni çox duyğulandırdı. Özümü Oğuz Atamızın yurdunda hiss edərək çox xoşbəxt oldum”.

İndiyə qədər Azərbaycana, Bakıya gəlmədiyini, amma həmişə bu arzuyla yaşadığını deyən şair indi arzusuna çatdığı üçün özünü çox xoşbəxt hiss etdiyini diqqətə çatdırıb: “1973-74-cü illər idi. O vaxtlar Türkiyədə də hələ televiziya geniş vüsət tapmamışdı. 1974-cü ildə Türkiyədə tək bir televiziya kanalı fəaliyyət göstərirdi. O zamanlar kənddə müəllimlik edərkən həmkarlarımla xəbərləri həmişə radiolardan öyrənirdik. Radiolardan axtarıb qısa dalğada Azərbaycanın səsini tapırdım. Hələ də qulağımdadır o səslər: “indi də hava haqqında xəbərləri veririk; yağış yağacaq, qar yağacaq...” O zaman da bilirdik ki, uzaqlarda bizim kimi danışan, bizim kimi düşünən, bizim kimi dərdləşən qardaşlarımız var. Amma onda  bir-birimizə yetişməyimiz çox çətin idi. 1990-cı illərdən sonra anladıq ki, mərhum Heydər Əliyevin də söylədiyi kimi, biz iki dövlət bir millət imişik. Biz də həmişə bunu deyirdik. Mərhum Əhməd Cavadın “Çırpınırdın Qara dəniz, baxıb türkün bayrağına” şeirinin bəstəsi ilə böyüdük. Azərbaycan türklüyü sözünü xüsusilə vurğulamaq istəyirəm. Azəri yox, Azərbaycan türkü var. Özbək, qırğız yox, Özbəkistan, Qırğızıstan, Türkiyə türkü var. Böyük bir Turan var, hamımız Oğuz Atanın nəvələriyik. Biz 24 Oğuz boyunun budaqlarıyıq. Azəri deyilməsinə çox üzülürəm. Söz olaraq da azəri deyilməsinə qarşıyam. Türkcədə sözün sonundakı “i”nin üzərində şapka var, incə, uzadılmış şəkildə tələffüz edilir. Azəri deyilən bir millət yoxdur ki. Azərbaycan türkü var. Amma bizim Türkiyədə də bəzi qəzetçilər, bəzi ermənipərəst yazarlar qəsdən aşağılamaq niyyətilə “azəri” deyirlər, hətta türk dünyasındakı türk cümhuriyyətlərinə “türki” deyirlər. Bu, “türkə bənzəyən” mənasını verir. Aşağılamaq məqsədilə bu kəlmələri işlədirlər, qəti şəkildə buna qarşıyam”.

Müsahibimiz Bakıyla bağlı zəngin təəssüratlarından da ağızdolusu söhbət açıb: “Fikrimcə, Bakı İstanbuldan daha sadə və gözəldi. İstanbul çox qələbəlikdi. İçindən çıxılmaz bir haldadır hazırda. Bakının bir gözəlliyi də nədir bilirsinizmi? Burada hər kəs “türkəm” deyir. Fikrimcə, ən gözəl tərəfi bu. Burada hər kəs türk. Mən Türkiyədəki dostlarımla, yaxınlarımla telefonlaşarkən, yazışarkən deyirəm ki, burada hər kəs türkdür və bunu deməkdən qürur duyur. İndiyə qədər Bakıda hələ ki bəyənmədiyim nə iləsə qarşılaşmadım. Böyüklər demişlər ki, gözəl baxan gözəl görər, mən həmişə gözəl baxmağa çalışıram, yəqin bu səbəbdən də həmişə gözəlliklərlə qarşılaşıram Bakıda. Bura gələndən demək olar ki, Bakını tamam gəzmişəm. Şəhidlər Xiyabanına getdim, Fəxri Xiyabanda oldum, böyük şəxsiyyətlərin məzarlarını ziyarət elədim, fotolarını çəkdim. Hələ Qarabağ və Xocalı qətliamında şəhid olanları da görəndə də göz yaşlarıma hakim ola bilmədim, çox təsirləndim. Burada gənc yaşında ölən oğlanları, cavan yaşında torpağa qismət olan qadınları gördükdə çox hüznləndim. Türk şəhidliyini də gəzdim. Oradan da Xəzər dənizinə baxdım. Bizim Elazığda bir Hazar gölu var. Xəzər dənizinə baxdıqca özlüyümdə “kiçik Xəzərdən böyük Xəzərə” deyə fikirləşirdim. Yəni böyük Turanı nəzərdə tuturdum. İnanıram ki, inşallah bir gün bütün türklər bir olacaq, İsmayıl Qaspıralının dediyi kimi fikirdə, dildə, işdə bir olacağıq. Onda düşmənlərimiz də bizə bata bilməyəcək. İnanıram ki, bu acı günlər keçəcək, mütləq keçəcək”.

Şair bütün Azərbaycanı gəzmək arzusunu dilə gətirib: “Allahın izniylə, bütün Azərbaycanı gəzmək istəyirəm. Gəncəyə, Şəkiyə gedəcəm. Şəkidən söz düşmüşkən, qeyd eləyim ki, bizim iki gəlinimiz də  Azərbaycandandır. Kiçik qardaşımın oğlu Orxan Bakıda universitetdə neft mühəndisliyi oxudu, burada şəkili bir qızla evləndi. İndi Türkiyədədirlər, Aylin adlı nəvəmiz də var. Almaniyada yaşayan qaynımın oğlu Fatih də bakılı bir qızla evlənib. Biz Azərbaycanla tamam qohumlaşmışıq”.

D. Elmas Azərbaycan ədəbiyyatı ilə yaxından tanışlığını qeyd edərək həm də fəaliyyətinin şair tərəfini oxucularımıza tanıdıb: “İndiyə kimi iki şeir kitabım “Hayallari mavi, düşleri beyaz” və “Aynanın gecə yüzü” adlı kitablarım işıq üzü görüb. İlk kitabım 2000-ci illərdə, sonuncu isə 2010-cu ildə çap edilib. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xalq şairi fəxri adına layiq görülmüşəm. Hazırda 400-ə qədər yeni şeirim var. Yeni bir kitab çıxarmağı da düşünürəm. Şeirlərimdə həsrət, türkçülük, vətən, bayraq, milli dəyərlər, valideyn sevgisi, Turan sevdası mövzuları üstünlük təşkil edir. İnşallah, Azərbaycanda da kitab nəşr etdirmək istərdim. Azərbaycan şairlərinin şeirlərini çox sevirəm. Xalq şairiniz Səməd Vurğunun şeir tərzini çox bəyənirəm. Özüm də o üslubda, heca vəznində yazıram. Mərhum Bəxtiyar Vahabzadə bizim ustadımızdı, onu çox sevirik. Məmməd İsmayılın Türkiyədə şeir kitabını almışdım. İndi Çanaqqalda universitetdə türk ədəbiyyatını tədris edir. Çox gözəl şairdi. Allah ömrünü uzun etsin. Bura gəldiyimdə ilk işimdən biri də Azərbaycan Yazıçılar Birliyinə getmək oldu. Orada bir çox dostlarla, Birliyin katibi Rəşad Məcidlə görüşdüm. Məni çox isti qarşıladı, bərabər çox gözəl söhbət etdik. Çox sevdim onu. Türkiyədən, Azərbaycandan danışdıq. Çox yaşasın, ömrü uzun olsun, onunla söhbətdən sonra arzum yarandı ki, Azərbaycan Yazıçılar Birliyinə üzv olum. Görüşümüzdən sonra “525-ci qəzet”in də daimi oxucusu olmuşam”.

Həmsöhbətimiz buraya gəlməzdən öncə də Azərbaycanda xeyli insanla tanış olduğunu, dostlar qazandığını bildirib: “ Buraya gəlməzdən əvvəl də mənim burada dostlarım vardı. Dostumuz Şənər Buludun təşkilatçılığı ilə Elazığda keçirilən şeir axşamlarına Azərbaycandan çoxlu dostlarımız təşrif buyururdu. Həmin şeir axşamlarında bir dəfə bütün türk dünyasından gələn türk yazarlarının hamısının adından çox düzgün, dürüst, təvazökar bir xanım kimi tanıdığım Bəsti Əlibəyli duyğulu, səmimi, titrək bir nitq söylədi. Hamının təqdirini, alqışını qazandı. Orada Azərbaycandan Almaz Binnətova da iştirak edib. Daha sonra Tarsusda Qaracaoğlanın doğum günləri ilə bağlı tədbirlər keçiriləndə Azərbaycan Televiziyasında çalışan Zərnişan xanımla da tanış olmuşduq. Gözəl proqramlar hazırladı bizim ölkədə, səmimi söhbətlər etdik”.

Sonda D.Elmas bütün türk dünyasını gəzmək arzusunu və maraqlı bir etirafını da oxucularımızla bölüşüb: “Bir məsələni etiraf etmək istəyirəm; Azərbaycandakı türklər əslinə daha çox bağlı qalıb, köklərindən uzaq düşməyib! Bizim Türkiyəni Amerika və Avropa çox avropalaşdırmağa çalışır. İndi İstanbula vardığımızda bir moskvalaşmış, amerikalaşmış şəhərdəyik sanki. O gözəl mədəniyyət, tarix şəhəri qloballaşmanın təsirinə çox məruz qalır. Bu qloballaşma mədəniyyətimizi məhv edir. Hər nə qədər dünyaya inteqrasiya etsək də, milli mədəniyyətimizi qorumalı, ona sahib çıxmalıyıq. Qismət olursa, can Azərbaycandan başlamaqla bütün Türküstanı dolaşaraq dastanlarıma yazdığım yerlərə - ta Almatıdan Urumçiyə qədər ziyarət etmək istəyirəm, inşallah”.

Sevinc MÜRVƏTQIZI

 

Dursun ELMAS

TÜRKİSTANA SELAM

Dolanıp durmayın başımda benim
İsfahana doğru yürün turnalar.
Vuslat yangısında sızlar bedenim
Dağıstanda sefa sürün turnalar.
Yaralıdır gönlü Azerbaycanın
Gülmez yüzü ay balası ceylanın.
Xocalıda baca tütmez Aycanın
Sancır acıları, sarın, turnalar.
 
Kaşık sallan Oşta Kırgız aşına,
Yeniseyde girin sevda yaşına,
Dilekte bulunun Bengü taşına,
Hakas güllerini derin turnalar.
 
Aral kenarında gözyaşı dökün,
Hazardaki yakamoza gül ekin,
Selengede yunun, şakıyın sekin,
Türkistana selvm verin turnalar.
 
Aşkabat, Düşanbe aşın ileri,
Özbeki, Kırgızı bırakın beri,
Ötüken yurduna erdikten geri
Kürşadın seyrine varın turnalar.
 
Altaylardan aşın, Tuvaya varın,
Sayan Dağlarında keklik avlayın.
Urumçide esareti paylayın
Postları İrtişe serin, turnalar.
 
Elbette ki, benim bunun nedeni
Soysuza bıraktım nazlı Türkmeni…
Paramparça olan körpe bedeni
Kerkük diyarında görün, turnalar.
 
Türkoğlu ünlüyor, elinde sazı
Vurdukça inletir, ağlatır bazı,
Türklük mühürüdür; alnında yazı
Şükür niyazına durun, turnalar.
 
Yaşadıkça Türkçüyüz
 
Dünyanın merkezine önce Türkü koyarız,
Her şeyi ona göre, onun için sayarız,
Düşleri Türkçe görüp, nazı Türkçe duyarız…
Andımız var Orhunda; hep Türkçü kalacağız
Oğuz Ata neslini en yüce kılacağız.
 
Demir dağı eritip, hürriyeti seçmişiz,
İnsanlığa adalet, medeniyet saçmışız,
Karanlığı kapatıp, yeni bir çağ açmışız.
 
Andımız var Orhunda; hep Türkçü kalacağız
Oğuz Ata neslini en yüce kılacağız.
 
Korkut Ata dedemiz, Resulüllah akranı,
Yazdığı destanlarda bulduk edep erkanı.
Kaşgarlı Mahmutumuz; dilimizin kaptanı…
 
Andımız var Orhunda hep Türkçü kalacağız
Oğuz Ata neslini en yüce kılacağız.
 
“Dil”de,”fikir”de,”iş” de; birliktir temelimiz,
Riyakarlık bilmeyiz, ayandır amelimiz.
Türkten gayri bir kelam yazmamak emelimiz.
 
Andımız var Orhunda; hep Türkçü kalacağız
Oğuz Ata neslini en yüce kılacağız.
 
Haykırır Mehmet Emin, “dinim, cinsim uludur”,
“Kızıl elma ülküsü” kurtuluşun yoludur.
İnandım iman ettim, Türk:Hakkın has kuludur
 
Andımız var Orhunda, hep Türkçü kalacağız,
Oğuz Ata neslini en yüce kılacağız.

Muhtaç olduğum kudret nabzımdaki candadır,
Dara düştüğüm zaman sığınağım ondadır,
Bilge'den Atatürke damarımda kandadır.
 
Andımız var Orhunda, hep Türkçü kalacağız!
Oğuz Ata neslini en yüce kılacağız!

 





01.11.2013    çap et  çap et