525.Az

Gürcüstanda avtomobil ehtiyat hissələri bazarında tətil


 

Gürcüstanda avtomobil ehtiyat hissələri bazarında tətil <b style="color:red"></b>

Tbilisidə avtomobil ehtiyat hissələrinin satıldığı İsani bazarının satıcıları tətilə başlayıblar.

APA-nın yerli bürosu xəbər verir ki, etirazçılar icarəyə götürdükləri obyektlərin aylıq ödənişinin lari ilə ödənilməsini və məbləğin azaldılmasını tələb edirlər. Satıcılar ölkədə dolların bahalaşmasının onları çətin vəziyyət qarşısında qoyduğunu bildiriblər.

Tətilin bazar rəhbərliyinin tələbləri qəbul edənədək davam etdirilməsi nəzərdə tutulub.

 





08.11.2019    çap et  çap et