525.Az

“İçərişəhər”də Yeni il bayramının keçirilməsi ilə əlaqədar tender elan edildi


 

“İçərişəhər”də Yeni il bayramının keçirilməsi ilə əlaqədar tender elan edildi<b style="color:red"></b>

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2020-ci ildə yeni il bayramı ilə əlaqədar tədbirin keçirilməsinin satın alınması məqsədilə açıq tender elan edib.

Trend-in məlumatına görə, tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini https://www.etender.gov.az portalı vasitəsi ilə təqdim edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri dekabrın 2-dək
təqdim etməlidirlər. İddiaçıların təklifləri dekabrın 11-də açılacaq.

Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron
qaydada portal vasitəsilə aparılacaq.

 





09.11.2019    çap et  çap et