525.Az

CASCFEN Mətbuat Şurasına müraciət etdi


 

CASCFEN Mətbuat Şurasına müraciət etdi<b style="color:red"></b>

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) ötən
həftə sonu keçirilən idarə heyətinin toplantısında Azərbaycan Mətbuat Şurasına üzv olmaqla bağlı qərar qəbul edib.

Qurumdan 525.az-a verilən xəbərdə deyilir ki, artıq bu istiqamətdə ilkin addım atılıb. CASCFEN sədri Azər Həsrətin verdiyi bilgiyə görə, oktyabrın 10-da şəxsən özü MŞ-na üzv olmaqla bağlı başçılıq etdiyi təşkilatın sənədlərini sonuncuya təqdim edib.

“Ümid edirik ki, MŞ ən qısa müddətdə bizim müraciətimizə baxacaq və CASCFEN də Azərbaycanda söz və ifadə azadlığının qorunması, jurnalistlərin daha güvənli bir şəraitdə çalışa bilməsi üçün öz səylərindən daha səmərəli istifadə edəcək”, - deyə Azər Həsrət bildirib.

Qeyd edək ki, CASCFEN 2003-cü ilin mart ayında qurulsa da yalnız bu ilin iyun ayında rəsmi dövlət qeydiyyatına alınıb. Təşkilatın əsas fəaliyyəti söz və ifadə azadlığı mədəniyyətinin inkişaf etdirilməsinə yönəlib.

 





11.10.2012    çap et  çap et