525.Az

ADU-da Dövlət Bayrağı günü


 

ADU-da Dövlət Bayrağı günü <b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin (ADU) YAP Gənclər Birliyi və Azərbaycanşünaslıq Elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan "Üçrəngli bayrağımız and yerimizdir" adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının üçrəngli bayrağı haqqında videoçarx nümayiş olunub.

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla iştirakçıları Dövlət Bayrağı Günü münasibətilə təbrik edib:

"Bugünkü tədbir son dərəcə vacibdir. Hər ölkənin, hər xalqın həyatında elə simvollar var ki, insanlar o simvolların uğrunda ölümə gediblər. O simvollardan ən vacibi bayraqdır. Bayraq ölkənin adına çevrilir. Ulu öndərin Naxçıvanda qaldırdığı üçrəngli bayraq bu gün də Azərbaycanın üzərində vüqarla dalğalanır. Məhəmməd Əmin Rəsulzadə demokratik respublika dövründə demişdi ki, bir daha yüksələn bayraq bir daha enməz. Zaman göstərdi ki, enə də bilərmiş. Amma zaman onu da göstərdi ki, o, bir daha da qalxa bilərmiş. Bunu Heydər Əliyev bacardı. Bu gün Azərbaycan çox böyük siyasi cəsarətlə, iradə ilə inkişaf edir. Bu gün Prezidentin ölkənin mənafeyini göz bəbəyi kimi qoruyur. Bayrağa hörmət, məhəbbət hamımızın vətəndaşlıq, övladlıq, insanlıq borcumuzdur. Himn, bayraq, prezident - bu üç simvol xalqın müstəqillik, inkişaf yolunda ən dəyərli simvollarıdır. İnanıram ki, universitetimizin tələbələri, müəllimləri bayraq anlayışına öz şəxsi maraqlarından deyil, ictimai mənafedən yanaşacaqlar. Universitet olaraq bizim mücadiləmiz auditoriyalarda, kitabxanalarda, dərs otaqlarında, konfranslarda, seminarlarda gedir. O mücadilə bu gün bizi həm düşmənlərimizə qarşı daha möhkəm edir, həm də dostlarımızın yanında möhkəm edir. Bu işdə hamınıza uğurlar arzu edirəm. Yaşasın Azərbaycan bayrağı!"

S.QARAYEVA

 





11.11.2019    çap et  çap et