525.Az

BANM-da Erasmus + və Beynəlxalq Proqramlar Ofisi açılıb


 

BANM-da Erasmus + və Beynəlxalq Proqramlar Ofisi açılıb<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin (BANM) Kampusunda Erasmus + və Beynəlxalq Proqramlar Ofisinin (EIPO) açılış mərasimi keçirilib.

Azərbaycanda ilk dəfə BANM-də yaradılan bu ofis Avropa İttifaqı ölkələri və digər tərəfdaş dövlətlərdəki universitetlərlə əlaqələrin yaradılması, inkişaf etdirilməsi, beynəlxalq mobillik proqramları çərçivəsində universitetin tələbə, akademik və administrativ işçi heyətinin daha çox beynəlmiləlləşməsini, eyni zamanda, ölkənin yerli ali təhsil müəssisələri ilə layihələrin birgə icra olunmasını, eləcə də, bir çox digər fəaliyyətləri hədəfləyir. Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Azərbaycan universitetlərinin digər dünya ölkələrinin universitetləri ilə inteqrasiyasının və əməkdaşlığının daha da güclənməsi nəzərdə tutulub. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Milli Erasmus+ Ofisinin, Təhsil Nazirliyinin və 20-dək Azərbaycan universitetinin nümayəndələri iştirak edib.

Təbdirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasmov bildirib ki, Ali Məktəb yaradıldığı tarixdən etibarən, Avropa Birliyi universitetləri ilə əlaqələr davamlı olaraq genişləndirilir. O qeyd edib ki, bu əməkdaşlıqlar bir çox ikili diplom proqramları, ortaq yay məktəblərinin təşkili, mobillik proqramları, potensialın genişləndirilməsi layihələri və digər fəaliyyətləri əhatə edir. E.Qasımov hazırda Ali Məktəbin Erasmus+ Ka107 Tələbə və İşçi Mübadiləsi proqramları və Potensialın Gücləndirilməsi layihələri üzrə İtaliya, İspaniya, Bolqarıstan, Rumıniya, Yunanıstan, Polşa və Danimarkanın müxtəlif universitetləri ilə əməkdaşlıq etdiyini deyib. "Məlumat üçün bildirim ki, 2018-2019-cu tədris ili ərzində BANM və Avropa Birliyi universitetləri arasında 40-a yaxın mübadilə həyata keçirilib və əməkdaşlıq uğurla davam etdirilməkdədir". Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Rza Zülfüqarzadə isə  bildirib ki, Aİ-nin "Erasmus+" proqramı Azərbaycanın ali təhsil müəssisələri, onların müəllim heyəti və tələbələrinin dəstəklənməsi məqsədini daşıyır.

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli və Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov da çıxışlarında adıçəkilən proqram çərçivəsində reallaşdırılan layihələrə hərtərəfli dəstək göstərildiyini, bu layihələrin Avropaya çıxış üçün rekvizit olduğunu qeyd ediblər. Onlar ilk olaraq Bakı Ali Neft Məktəbində Erasmus+ və Beynəlxalq Proqramlar Ofisinin açılmasını yüksək qiymətləndirib və digər universitetləri bu ofislə birgə koordinasiyalı əməkdaşlığa dəvət ediblər.

S.QARAYEVA

 





11.11.2019    çap et  çap et