525.Az

Patriarx Kirill Azərbaycana səfər edəcək


 

Patriarx Kirill Azərbaycana səfər edəcək<b style="color:red"></b>

Moskva və bütün Rusiyanın patriarxı Kirill noyabrın 14-də Bakıya səfər edəcək.

APA-nın Moskva bürosunun verdiyi xəbərə görə, bu barədə Patriarxlığın mətbuat xidməti məlumat yayıb.

Məlumatda Patriarx Krillin Bakıda keçiriləcək Dünya dini liderlərinin sammitinin açıışnda iştirak edəcəyi bildirilib.

Ölkəmizə səfəri zamanı Rusiya patriarxının Bakıdakı Müqəddəs Jen Mironosits kilsəsinə baş çəkəcəyi də vurğulanıb.

Qeyd edək ki , noyabrın 14-15-də Dunya dini liderlərinin II sammiti keçiriləcək. Qafqaz Müsəlmanları Idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70 illik yubileyinə və onun QMİ sədri vəzifəsində 40 il çalışmağına həsr olunan tədbirə dünyanın 200-ə yaxın dini lideri dəvət olunub.

 





12.11.2019    çap et  çap et