525.Az

Azərbaycanlı MMA döyüşçüsü “Bellator”da


 

Azərbaycanlı MMA döyüşçüsü “Bellator”da<b style="color:red"></b>

Noyabrın 14-də Azərbaycanın məşhur MMA (Qaydasız döyüş) döyüşçülərindən olan Vüqar Kərəmov dünyanın ən nüfüzlu təşkilatlarından olan “Bellator”da karyerasının 16-cı peşəkar qarşılaşmasına çıxacaq. 

525.az-ın verdiyi məliumata görə, keçirdiyi son 9 döyüşün hamısında qalib gələn idmançımızın bu dəfəki rəqibi təcrübəli brazilyalı döyüşçü, 70 kq çəki dərəcəsində Gustavo Wurlitzer olacaq.  

Tel-Əviv şəhərində keçiriləcək qarşılaşmanı bir sıra xarici kanallar canlı yayımlayacaq. 

Xatıraladaq ki, V.Kərəmov peşəkar döyüşlərlə yanaşı, MMA və Pankration üzrə dəfələrlə dünya və Avropa çempionu, 2013-cü il Dünya Oyunlarının qalibi və eyni zamanda, Uşu Sanda üzrə  2017-ci ildə keçirilən İslam Oyunlarının qaliblərindən olub.

 

 





12.11.2019    çap et  çap et