525.Az

Nazir: “Sosial yardımın özünüməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”


 

Nazir: “Sosial yardımın özünüməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”<b style="color:red"></b>

“Cənubi Qaz Kəməri regionun enerji xəritəsini dəyişdirəcək. 2020-ci ildə neft-qaz sektorunda 1,6 faiz, növbəti 3 ildə 3 faiz artım proqnozlaşdırılır”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin iclasında çıxışı zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

M. Cabbarov qeyd edib ki, bu ilin 9 ayında Azərbaycana gələn turistlərin sayı 2.4 milyon nəfəri ötüb: “Görülən işlər nəzərə alınaraq, gələn il turizm sektorunda 6  faiz, növbəti 3 ildə 5,6 faiz artım gözlənilir. Büdcə investisiyalarının azalması fonunda qeyri-neft investisiyalarının gələn il 11 faiz artması proqnozlaşdırılır. Ötən 10 ayda qeydə alınan əmək müqavilələrinin sayında 17 faiz artım olub. Görülən işlər nəticəsində ilk dəfə olaraq dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə transfert olmayacaq. Bununla belə, hesab edirik ki, ölkədə ünvanlı dövlət sosial yardımın özünüməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”.

İqtisadiyyat naziri bildirib ki, Azərbaycanda insanlar tarixən fərdi sahibkarlığa və ticarətə meylli olublar: “Biz bu amili tam gücü ilə hərəkətə gətirməliyik. Bu sahədə qeyri-şəffaf amillər aradan qaldırılmalıdır. Biznesin dövlət tənzimlənməsi yükü daha da azaldılmalıdır. Mülkiyyət hüququnun daha etibarlı qorunması təmin edilməlidir. Bu olmadan rəqəmsal iqtisadiyyata inteqrasiya çətin olacaq. Yüksək neft gəlirləri dövründə dövlətin rolu post-neft dövründə dəyişir. Dövlət əmlakının səmərəli idarə edilməsi qarşıda duran vəzifələrdən biridir. Dövlət şirkətləri aydın və dəqiq strategiyaya malik olmalı, dövlət şirkətlərinin dövlət büdcəsi üçün ağır yükə çevrilməsinin qarısı alınmalıdır. Bu sahəyə yeni, müvafiq standartlar gətirilməlidr. Dünya rəqəmsal iqtisadiyyata doğru irəliləyir, bu sahədə insan kapitalının rolu artacaq. Ali peşə və biznesin sıx inteqrasiyası baş verməlidir. Təhsilin əmək bazarına tam uyğunlaşması təmin edilməlidir. İnsan kapitalının formalaşmasına yönələn tədbirlərin əhatə dairəsi genişlənəcək”.

M. Cabbarov qeyd edib ki, bank sektorunun sağlamlaşdırılmasının başa çatdırılması, biznesin maliyyə vəsaitlərinə çıxışının təmin edilməsi vacibdir: “Prezident tərəfindən uğurla həyata keçirilən siyasət, iqtisadiyyatın dayanıqlığının qorunub saxlanılması üçün görülən tədbirlər növbəti ildə yeni iqtisadi model çərçivəsində əhalinin sosial durumunun daha da yaxşılaşmasına səbəb olacaq”.

 

 





12.11.2019    çap et  çap et