525.Az

“Bayrağımız baş tacımız” adlı tədbir keçirildi


 

“Bayrağımız baş tacımız” adlı tədbir keçirildi <b style="color:red"></b>

14 saylı tam orta məktəbdə Bayarq günü münasibətilə tədbir keçirilib. Məktəbin ibtidai sinif müəllimi Nazilə İsmayılovanın rəhbərliyi ilə 4”A” sinfinin hazırladığı “Bayrağımız baş tacımız” adlı tədbir Azərbaycanın azadlığı və müstəqilliyi, bayrağımızın əzəmətli dalğalanması uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra bayrağımızdan bəhs edən teleçarx nümayiş olundu.

Sonra sinfin şagirdlərindən ibarət “əsgərlər” Azərbaycan mahnısını ifa ediblər.Şagirdlər bundan sonra vətənə,bayrağa aid şeirlər söyləyib, eradan əvvəldən bu günədək Azərbaycanda yaranmış olan dövlətlərdən və onların bayraqlarından maraqlı çıxışlar edərək həmin bayraqları nümayiş etdiriblər.

Bundan sonra xorun ifasında “Bayrağıma baxanda” mahnısı ifa olunub. Sözü gedən sinfin şagirdi Fatimə Nəsibova “Ağ çiçəyim” mahnısının sədaları altında  rəqs nümayiş etdirib. Qızlar “Qaval” rəqsini, oğlanlar isə”Əsgər marşı” nı ifa ediblər.

Şagirdlər Milli Bayraq Günündə bayrağımızı təhqir etdiyi üçün ermənini qətlə yetirən Ramil Səfərovdan da söhbət açıblar.

Sonda çıxış edən məktəbin direktor əvəzi Nailə Muradova 9 Noyabr Milli Bayraq Gününün önəmindən danışaraq bütün Azərbaycan xalqını 9 Noyabr Milli Bayraq Günü münasibətilə təbrik etdi,tədbir hazırladıqları üçün əziyyəti olan hər kəsə təşəkkürünü bildirib.

 





08.11.2019    çap et  çap et