525.Az

Şərqşünaslıq İnstitutunun direktoru: “Əlyazmalarımız talanıb, digər ölkələrə aparılıb”


 

Şərqşünaslıq İnstitutunun direktoru: “Əlyazmalarımız talanıb, digər ölkələrə aparılıb”<b style="color:red"></b>

“Ürək ağrısı ilə qeyd edirəm ki, əsrlər boyu xalqımızın milli müstəqilliyi olmadığına görə, qeyri-maddi mənəvi sərvətlər əlyazmalar talanıb, digər ölkələrə aparılıb”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə çıxışında millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva bildirib.

G. Baxşəliyeva deyib ki, Füzulinin “Ərəb divanı” uzun onilliklər ərzində mütəxəssislər tərəfindən axtarılsa da, son nəticədə Sankt-Peterburqda yerləşən kitabxanadan tapılıb:

“Ölkəyə gələn işğalçıların istilası nəticəsində əlyazmalar kütləvi şəkildə başqa ölkələrə aparılıb. Xarici ölkələrdə Azərbaycana məxsus külli miqdarda əlyazmalar var. Düşünürəm ki, bu işlə məqsədyönlü şəkildə məşğul olmalı, dünya kitabxanalarında mövcud olan əlyazmaları ölkəmizə gətirməliyik”.

 





12.11.2019    çap et  çap et