525.Az

Rusiyada hücum edilən azərbaycanlı görmə qabiliyyətini itirib


 

Rusiyada hücum edilən azərbaycanlı görmə qabiliyyətini itirib<b style="color:red"></b> Azərbaycanın Rusiyadakı səfirliyi Zelenoqrad şəhərində 14 yaşlı azərbaycanlının vəhşicəsinə döyülməsi ilə bağlı məlumat yayıb.
 
APA TV-nin Moskva müxbirinin verdiyi xəbərə görə, məlumatda 1999-cu il təvəllüdlü Kazımov Rövşən Müzəffər oğlunun noyabrın 1-də 12 nömrəli sərnişin avtobusunda qəddarcasına döyüldüyü bildirilib.
 
Hadisə barədə xəbər tutan səfirliyin əməkdaşları noyabrın 2-də həmyerlimizi Morozovski uşaq xəstəxanasında tapıblar. Müəyyən olunub ki, Kazımov Rövşən Müzəffər oğlu məlum hadisə nəticəsində kəllə beyin və göz travması alaraq həmin xəstəxanaya yerləşdirilib. Onun gözdən əlil olduğu və gözdən əlillər üçün xüsusi məktəbə təhsil aldığı da məlum olub. Səfirliyin əməkdaşı yeniyetmə ilə söhbət edib, hadisənin təfərrüatları barədə məlumat toplayıblar. Yeniyetmənin anası Kazımova Aygün Yusif qızı ilə söhbət zamanı onların 10 ilə yaxın müddətdə Zelenoqrad şəhərində yaşadıqları və məlum hadisə nəticəsində onun görmə qüsurlu olan oğlunun görmə qabiliyyətinin başına aldığı çox saylı zərbələr nəticəsində 1 faizə düşdüyü məlum olub. Anası oğlunun görmə qabiliyyətini tamamilə itirdiyini bildirib.
 
Azərbaycanın Rusiyadakı səfirinin tapşırığı ilə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) nümayəndəsi Rusiya DİN-dən olan həmkarları ilə əlaqə yaradıb və məlum hadisə barədə onları məlumatlandıraraq hadisənin səfirliyin nəzarətində olduğunu bildirib.
 





04.11.2013    çap et  çap et