525.Az

Ağ Ev: "ABŞ "S-400" və "F-35" ətrafındakı vəziyyətin həllinin ən yaxşı üsulunu Türkiyəyə izah edib"


 

Ağ Ev: "ABŞ "S-400" və "F-35" ətrafındakı vəziyyətin həllinin ən yaxşı üsulunu Türkiyəyə izah edib"<b style="color:red"></b>

Rəsmi Vaşinqton Rusiyanın "S-400" zenit-raket sistemləri və ABŞ-ın çoxhədəfli “F-35” qırıcılarının istehsalı proqramı ətrafında yaranmış vəziyyətin həlli üçün Türkiyəyə ən münasib variantı təqdim edib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə telefon brifinqi zamanı jurnalistlərə ABŞ administrasiyasının yüksək çinli nümayəndələrindən biri açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya istehsalı olan zenit-raket sistemlərindən imtina etməsində israrlı olan Birləşmiş Ştatlar administrasiyası "S-400" ətrafında yaranmış vəziyyətin həllində “ən münasib üsulunun nədən ibarət olduğunu Türkiyə hökumətinə izah edib”.

 





13.11.2019    çap et  çap et