525.Az

"Sabahın alimləri" IX Respublika Müsabiqəsinə qeydiyyat davam edir


 

"Sabahın alimləri" IX Respublika Müsabiqəsinə qeydiyyat davam edir<b style="color:red"></b>

"Sabahın alimləri" IX Respublika Müsabiqəsinə elektron qeydiyyat prosesi davam edir.

Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, bu günədək 78 şagird müsabiqədə iştirak üçün elektron qeydiyyatdan keçib. Müsabiqədə iştirak etmək istəyən şagirdlər dekabrın 21-dək  www.sabahinalimleri.edu.az  internet səhifəsində onlayn qeydiyyatdan keçə bilərlər.

Məlumata görə, müsabiqə 11-13 fevral 2020-ci il tarixlərində İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcək.

Müsabiqənin təşkilində məqsəd yerli ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. Həmçinin, yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etmək də məqsədlər sırasındadır.

S.QARAYEVA

 





13.11.2019    çap et  çap et