525.Az

Tarix İnstitutunda BMT baş katibinin xüsusi nümayəndəsi ilə görüş olacaq


 

Tarix İnstitutunda BMT baş katibinin xüsusi nümayəndəsi ilə görüş olacaq <b style="color:red"></b>

Noyabrın 15-də, saat 11:00-da AMEA-nın Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Mətuq Əl-Mətuq ilə görüş olacaq.

Görüşdə Abdullah Mətuq Əl-Mətuqa Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunacaq.

Tədbir AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115.

 





14.11.2019    çap et  çap et