525.Az

Sabahın hava proqnozu


 

Sabahın hava proqnozu<b style="color:red"></b>

Bakıda və Abşeron yarımadasında noyabrın 16-da bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatına görə, günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz  11-14, Bakıda gecə 8-10, gündüz  12-14 dərəcə  isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65  faiz olacaq. 

Azərbaycanın rayonlarında noyabrın 16-da qərb rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi  şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı  ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz  11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  4-9 dərəcə isti təşkil edəcək.

 





15.11.2019    çap et  çap et