525.Az

UNEC-də yeni Tələbə-rektor


 

UNEC-də yeni Tələbə-rektor <b style="color:red"></b>

UNEC-də növbəti Tələbə-rektor seçkiləri keçirilib.

UNEC-in Tələbə rektoru Elmir Sadıqovun fəaliyyət müddəti başa çatdığı üçün qaydalara uyğun olaraq, yenidən seçkilər təşkil olunub.

Seçkidən öncə Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova UNEC-də tətbiq olunan Tələbə rektor institutunun məqsədi barədə məlumat verib. Bildirib ki, əsas məqsəd tələbə özünüidarəetmə sisteminin yaradılması, şəffaf, səmərəli idarəetmə mexanizminin inkişafı, tələbələrlə universitet rəhbərliyi arasında əlaqələrin beynəlxalq təcrübə əsasında müəyyənləşməsidir. Prorektor tələbələri seçkilərdə obyektiv olmağa çağırıb.

Sonra fakültə namizədləri platformalarını açıqlayıblar. Çıxışlardan sonra səsvermə keçirilib. Səsvermənin nəticəsinə görə, Maliyyə və mühasibat fakültəsinin 3-cü kurs tələbəsi Cavidan Adilzadə yeni Tələbə-rektor seçilib.

Seçkilər UNEC-in rəsmi Facebook səhifəsi ilə canlı yayımlanıb.

 

 





15.11.2019    çap et  çap et