525.Az

AzTU-da tələbələrin rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə keçirilir


 

AzTU-da tələbələrin rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə keçirilir<b style="color:red"></b>

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə keçirir.

Universitetdən verilən məlumata görə, sərgidə universitetin tələbələrinin 36 rəsm və əl işi nümayiş olunur. Onların arasında ən qiymətlisi dəyəri 5 min manatdan baha olan gəmi maketidir. Maketi almaq üçün sahibinə 5 manat təklif olunsa da, o, əsərini satmaqdan imtina edib.

Sərgidə nümayiş olunan bütün əl işi və rəsm əsərləri şifrələnib, qaliblərin seçimi gizli üsulla aparılır.

Qeyd edək ki, qaliblərin mükafatlandırılma mərasimi noyabrın 15-də keçiriləcək.

SEVİNC

 





15.11.2019    çap et  çap et