525.Az

Nazirlik bir qrup şəxsi evlə təmin edib


 

Nazirlik bir qrup şəxsi evlə təmin edib<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dünən Lənkəran rayonunda və Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış mənzillər bir qrup şəhid ailəsi və müharibə əlilinə təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, yəni 626 mənzil həmin insanlara təqdim olunub. 2019-cu ildə isə bu kateqoriyalardan olan vətəndaşlara 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan artıq 253 mənzil verilib. Bununla da indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6907 mənzil təqdim edilib.

Yeni mənzil alan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi tədbirlərindən razılıqla bəhs ediblər. Onlar şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yüksək qayğı göstərildiyinə, yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

S.QARAYEVA

 





15.11.2019    çap et  çap et