525.Az

Bolqar fotoqraf İvo Hacimişev Milli Kitabxanada


 

Bolqar fotoqraf İvo Hacimişev Milli Kitabxanada  <b style="color:red"></b>

Noyabrın 13-də Bakıdakı Mədəniyyət Mərkəzi, Birləşmiş Mədəniyyətlər və AB Nümayəndəliyi ilə birlikdə FANTAZİA Mədəni İrs Festivalı çərçivəsində təşkil edilmiş "Balkanlar, ortaq bir miras" foto sərginin müəllifi Bolqar fotoqraf İvo Hacimişev Milli Kitabxanada olub.

Qonağı Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova qarşılayıb.

İvo Hacimişev söhbət zamanı Milli Kitabxanada olmasından məmnunluğunu ifadə edərək, ideya müəllifi olduğu "The Balkans a shared heritage" adlı kitabı Milli Kitabxana kimi dəyərli kitab xəzinəsinə bağışlamaqdan qürur duyduğunu bildirib. Kitab haqqında məlumat verən müəllif qeyd edib ki, sərgidə nümayiş olunan fotolar bir araya toplanaraq kitab halında çap olunub və kitabda antik dövrdən son orta əsrlərə qədər Yunanıstan, Türkiyə, Rumıniya, Serbiya, Bolqarıstan və digərləri də daxil olmaqla  Balkan ölkələrinin ortaq mədəni və arxeoloji irsinin zənginliyini əks etdirən fotolar yer alıb. İvo Hacimişev eyni zamanda, Muzey Mərkəzində FANTAZİA Mədəni İrs Festivalı çərçivəsində eyniadlı fotosərginin də təşkil edildiyini bildirib.

Daha sonra Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova fotoqraf İvo Hacimişevə Milli Kitabxanaya hədiyyə etdiyi qiymətli kitaba görə dərin minnətdarlığını bildirib və öz növbəsində "Milli Kitabxana. Fotoalbom" (Azərbaycan, rus və ingilis dillərində) və "Azərbaycan xalçaları dünya kolleksiyalarında" (Azərbaycan və ingilis dillərində) adlı kitabları qonağa hədiyyə edib.

ŞAHANƏ

 





15.11.2019    çap et  çap et