525.Az

“Qanun” Nəşriyyatında yoxlamalar dayanıb


 

“Qanun” Nəşriyyatında yoxlamalar dayanıb<b style="color:red"></b> Vergilər Nazirliyi əməkdaşlarının “Qanun” Nəşriyyatında apardığı vergi araşdırmaları dayandırılıb.
 
 Bu barədə Lent.az-a nəşriyyatdan məlumat veriblər.
 
Məlumata görə, Vergilər Nazirliyinin əməkdaşları ötən həftəsonu nəşriyyatın mühasibatlıq şöbəsinə aid bütün sənədləri və kompüterləri müsadirə edərək aparıblar. Nazirlik əməkdaşları nəşriyyatının fəaliyyəti ilə bağlı cinayət işinin açılıb-açılmadığı barədə isə nəşriyyat rəhbərliyinə heç bir məlumat verməyiblər.
 
Nəşriyyatdan bildiriblər ki, onlar da qurum barədə cinayət işinin açılıb-açılmadığından xəbərsizdirlər.
 





04.11.2013    çap et  çap et