525.Az

Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq tarifləri endirilir


 

Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq tarifləri endirilir <b style="color:red"></b>

Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq tariflərinin azaldılması ilə bağlı birgə iclas keçirilib.

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən iclas Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Rouminq üzrə Ekspert İşçi Qrupunun (REWG), Avropa ölkələrinin aidiyyəti dövlət orqanlarının nümayəndələrinin və bu ölkələrin Litva Respublikasında akkreditə olunmuş diplomatik nümayəndələrinin iştirakı ilə baş tutub.

Azərbaycan tərəfindən iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri ilə yanaşı ölkənin Litvadakı səfiri iştirak edib.

İclasın əsas məqsədi Şərq Tərəfdaşlığı regionunda rouminq tariflərinin azaldılması məqsədilə 2020-ci ildə imzalanması nəzərdə tutulan Regional Rominq Sazişinə hazırlıq çərçivəsində görülən işlər barədə fikir mübadiləsinin aparılması olub.

Sözügedən iclas Avropa Komissiyasının dəstəyi, Litva Respublikasının Tənzimləyici Qurumu, eləcə də REWG-ə sədrlik edən Ukraynanın Rabitə və İnformasiyalaşdırmanın Dövlət Tənzimlənməsi üzrə Milli Komissiyasının təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq rouminq sahəsində ən yaxşı təcrübələrin araşdırılaraq müqayisə edilməsi, rouminq bazarı üzrə milli qaydaların yaxşılaşdırılması üçün tənzimləyici platformanın hazırlanması, eyni zamanda Aİ-yə üzv dövlətlərin və tərəfdaş ölkələrin tənzimlənən bazarlarına aid yeni çağırışlar və əldə edilmiş nailiyyətlərə dair geniş müzakirələr aparılıb.

Qeyd edək ki, Şərq Tərəfdaşlığı proqramına Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna daxildir.

 

 





16.11.2019    çap et  çap et