525.Az

ABŞ İrandakı etirazları dəstəkləyib


 

ABŞ İrandakı etirazları dəstəkləyib<b style="color:red"></b>

ABŞ İran xalqının dinc etirazlarını dəstəkləyib və nümayişçilərə qarşı güc tətbiq edilməsini pisləyib.

Trend-in məlumatına görə, İranda benzinin qiymətinin artmasına qarşı nümayişlər keçırılir. Noyabrın 15-də keçirilən iğtişaşlar zamanı bir nəfərin öldüyü bildirilib.

Ağ Evin yaydığı bəyanatda qeyd olunub: "ABŞ İran xalqını ona rəhbərlik etməli olan rejimə qarşı dinc etirazlarında dəstəkləyir. Biz ölümlə nəticələnə bilən güc tətbiq edilməsini və nümayişçilərə qarşı istifadə edilən rabitə mövzusunda sərt məhdudiyyətləri müzakirə edirik".

Daha əvvəl İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Musavi ABŞ-ın İrandakı etirazlarla bağlı verdiyi açıqlamanı ölkənin işlərinə müdaxilə hesab etdiyini bildirib.

 





18.11.2019    çap et  çap et