525.Az

İstilik təchizatının təkmilləşdirilməsinə dair təkliflər dövlət başçısına təqdim ediləcək


 

İstilik təchizatının təkmilləşdirilməsinə dair təkliflər dövlət başçısına təqdim ediləcək<b style="color:red"></b>

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevə istilik təchizatı sahəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflər təqdim ediləcək.

"APA-Economucs"in məlumatına görə, bu barədə Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov "Jurnalistlər üçün biliklər və anlayışlar" adlı təlimdə çıxış edərkən bildirib.

Onun sözlərinə görə, bu sahənin təkmilləşdirilməsi və effektivliyin artırılması Energetika Nazirliyinə və Nazirlər Kabinetinə tapşırılıb:

"Bu sahədə hazırda işlər davam etdirilir və yaxın vaxtlarda istilik təchizatı sahəsinin təkmilləşdirilməsi, effektivliyin artırılması və subsidiya məsələləri ilə bağlı təkliflər ölkə başçısına təqdim olunacaq".

 





18.11.2019    çap et  çap et