525.Az

Kreativ sənayenin inkişafına dair işçi qrupu yaradılacaq


 

Kreativ sənayenin inkişafına dair işçi qrupu yaradılacaq<b style="color:red"></b>

Azərbaycanda kreativ sənayenin inkişafına dair araşdırmalar aparmaq məqsədilə işçi qrupu yaradılacaq.

Bunu "APA-Economics"ə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə təşəbbüs Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülüb.

"Yaradılacaq işçi qrupunda Mədəniyyət, Turizm, İqtisadiyyat nazirliklərinin, həmçinin KOBİA-nın nümayəndələri təmsil olunacaq. İşçi qrupu tərəfindən sahələr müəyyən olunacaq ki, onların inkişafına diqqət yetiriləcək. Burada söhbət sahənin təşviqindən, kreditləşməsindən və s. istiqamətlərin müəyyənləşməsindən gedir", - deyə O. Məmmədov qeyd edib.

O həmçinin əlavə edib ki, kreativ sənaye dedikdə – kitab, digər çap və dizayn məhsullarından, filmlərdən, xalçaçılıqdan, suvenir istehsalından və s. istiqamətləri nəzərdə tutulur.

 





18.11.2019    çap et  çap et