525.Az

Ermənistanın baş hərbi müfəttişi və müavinləri işdən çıxarıldılar


 

Ermənistanın baş hərbi müfəttişi və müavinləri işdən çıxarıldılar<b style="color:red"></b>

Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi və onun iki müavini vəzifələrindən azad ediliblər.

APA-nın “sputnik armenia”ya istinadən verdiyi xəbərə görə, bununla bağlı müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.

Qərara əsasən, Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi Movses Akopyan və onun iki müavini – Vaçaqan Nersisyan və Kamo Koçunç işdən çıxarılıblar.

Xatırladaq ki, M. Akopyan baş hərbi müfəttiş vəzifəsinə ötən ilin may ayında təyin edilib.

 





18.11.2019    çap et  çap et