525.Az

Vicdanlı yaddaş - Ramiz Rövşənin yazısı


 

Vicdanlı yaddaş - <b style="color:red">Ramiz Rövşənin yazısı </b>

Görkəmli Azərbaycan yazıçısı Əli İldırımoğlunun 92 yaşı tamam olur. Mən onu ürəkdən təbrik edirəm. 92 il böyük ömürdü. Və bu ömrün Əli müəllimə verdiyi təkcə gözəl övladlar, nəvələr, nəticələr deyil, həm də gözəl hekayələr, povestlər, romanlardı.

Bir də ki, bütün əsl yazıçılar kimi Əli müəllim də bir ömürdə çox-çox ömürlər yaşayıb; yaratdığı qəhrəmanların, obrazların ömrünü, taleyini, problemlərini, ağrı-acılarını... Və maraqlıdı ki, Əli müəllim bir insan kimi yaşa dolduqca, ildən-ilə adladıqca bir yazıçı kimi yazdığı romanlarda daha çox arxada qalan illərə, daha uzaq keçmişlərə qayıtmağa ehtiyac duyub. Bu baxımdan, onun əsərlərinin vaxt dairəsi, zaman ölçüləri yaşadığı 92 illik ömrün vaxt dairəsindən daha geniş və əhatəlidi.

Bəzən roman yazmağı cümlə-cümlə, kərpic-kərpic ev tikməyə bənzədirlər. Bu mənada, Əli müəllimin "tikdiyi evlərin" özülü dərin, divarları möhkəmdir. O, dəyişən zamanlara, konyukturalara, dəblərə uyğun olaraq tez-tez divarlarının rəngini təzələyən "rəngsaz" yazıçılardan deyil. Və onun "tikdiyi evlərin" divarları ona görə möhkəmdi ki, bu divarların palçığı vicdandan yoğrulub. Əli müəllimin bu gün də çox iti olan, heç vaxt korşalmayan yaddaşı vicdanlı yaddaşdı. Vicdanınsa yaşa dəxli yoxdu. Vicdan heç vaxt qocalmır.

 





18.11.2019    çap et  çap et