525.Az

Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək


 

Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək<b style="color:red"></b>

Növbəti Rusiya-Azərbaycan Regionlararası Forumu 22-23 noyabr tarixlərində Moskvada keçiriləcək.

İki gün davam edəcək tədbirdə Azərbaycan və Rusiyanın dövlət rəsmilərinin, deputatların, biznes dairələri nümayəndələrinin iştirakı nəzərdə tutulur.
 
Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclası, sənaye, turizm, kənd təsərrüfatı və humanitar sahələr üzrə dəyirmi masalar təşkil ediləcək, forumun plenar iclası keçiriləcək.

Azərbaycan nümayəndə heyətinin Moskvaya səfəri çərçivəsində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan" pavilyonunun açılışı olacaq.

 





18.11.2019    çap et  çap et