525.Az

MTRŞ ATV-nin lisenziyasını 6 il uzatdı


 

MTRŞ ATV-nin lisenziyasını 6 il uzatdı<b style="color:red"></b> Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
 
Qurumdan 525.az-a daxil olan məlumata görə, iclasda “Baku and Boston TV Communication” MMC-nin, “SKAY MAKS” MMC-nin, “Azad Azərbaycan Müstəqil Tele-radio Kompaniyası”nın kabel şəbəkəsi yayımı üçün, “CTV” MMC-nin isə regional (Lənkəran şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.
 
Milli Televiziya və Radio Şurasının qərarına əsasən  “Baku and Boston TV Communication” MMC, “SKAY MAKS” MMC və “Azad Azərbaycan Müstəqil Tele-radio Kompaniyası”nın kabel şəbəkəsi yayımı üçün, “CTV” MMC-nin isə regional (Lənkəran şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb.
 





04.11.2013    çap et  çap et