525.Az

"Belavia" Minsk-Bakı aviareysi üzrə uçuşların sayını artıracaq


 

"Belavia" Minsk-Bakı aviareysi üzrə uçuşların sayını artıracaq<b style="color:red"></b>

2020-ci ildən etibarən Belarusun “Belavia” aviaşirkəti Minsk-Bakı aviareysi üzrə yerinə yetirdiyi uçuşların sayını artırmaq niyyətindədir.

“APA-Economics”in “Belavia”ya istinadən verdiyi məlumata görə, bundan başqa, aviadaşıyıcı tarif siyasətini 2019-cu ilin noyabr ayının sonunadək dəyişdirməyi planlaşdırır ki, bu da biletlərin qiymətlərinin azalmasına səbəb olacaq.

Qeyd edək ki, təkcə 2018-ci ildə “Belavia” 20 mindən çox sərnişin daşıyıb. Cari ilin yanvar-sentyabr aylarında isə sərnişin axınının artımı 100%-dən çox olub.

Xatırladaq ki, hazırda Minsk-Bakı aviareysi üzrə uçuşlar həftədə 5 dəfə yerinə yetirilir.

 





19.11.2019    çap et  çap et