525.Az

İran ölkənin şimal-qərbində hərbi təlimlər keçirəcək


 

İran ölkənin şimal-qərbində hərbi təlimlər keçirəcək<b style="color:red"></b>

İran Silahlı Qüvvələrinin Quru Qoşunları ölkənin şimal-qərbində hərbi təlimlər keçirəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, hərbi təlimlərdə 40 və 41-ci batalyonlar, 25-ci xüsusi təyinatlı qüvvələr, 321-ci hücum bölməsi, pilotsuz uçuş aparatları iştirak edəcək.

Hərbi təlimlər gecə və gündüz şəraitində ordunun gücünün artırılması məqsədilə keçirilir.

Təlimlərə helikopterlər də dəstək göstərəcək.

Günün ikinci yarısında başlayacaq təlimlərdə müxtəlif döyüş taktikalarından istifadə olunacaq.

 





19.11.2019    çap et  çap et