525.Az

Mixail Boyarski səhnədən getdi


 

Mixail Boyarski səhnədən getdi <b style="color:red"></b>

Rusiyanın Xalq artisti Mixail Boyarski səhnədən getdiyini elan edib.

APA-nın iz.ru saytına istinadən verdiyi xəbərə görə, o, 70 yaşının yaxınlaşması ilə əlaqədar bu fikrə gəldiyini deyib.

Aktyor artıq qocaldığını və həkimlərin qayğısına daha çox ehtiyacı yarandığını bildirib.

M.Boyarski dekabrın 26-da 70 illik yubileyini qeyd edəcək. Lakin o, doğum günlərini keçirməyi sevmədiyini və tez keçib getməsini arzuladığını diqqətə çatdırıb.

Aktyor təqaüdə çıxandan sonra nəvələrinə daha çox diqqət ayırmağı düşündüyünü vurğulayıb.

Aktyor-müğənni M.Boyarski 1949-cu ildə Sankt-Peterburqda anadan olub. O, daha çox “Dartanyan və üç muşketyor”, “Böyük oğul” filmlərindəki rolları ilə tamaşaçıların rəğbətini qazanıb. Bundan başqa, M. Boyarski müğənni kimi də çox populyardır.

 





19.11.2019    çap et  çap et