525.Az

Polad Bülbüloğlu Füzuli Dövlət Dram Teatrında - Foto


 

Polad Bülbüloğlu Füzuli Dövlət Dram Teatrında - <b style="color:red">Foto </b>

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, müdafiə nazirinin müavini, Kərim Vəliyev, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və digər rəsmi şəxslər Füzuli Dövlət Dram Teatrında olublar.

Qonaqlar rayon ərazisində yerləşən hərbi hissənin əsgər və zabit heyətinin, rayon ictimaiyyətinin də iştirak etdiyi vətənpərvər ruhlu konsert-tamaşa proqramını seyr ediblər.

Çıxış edənlər Füzuli Dövlət Dram Teatrının mütəmadi olaraq hərbi hissələrdə olmasını və əsgərlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətindəki çıxışlarını yüksək qiymətləndiriblər.

Qonaqlar Füzuli teatrının yaranma tarixi, yaradıcılıq yolu, inzibati binası, ölkə başçısının sərəncamı ilə burada aparılan təmir işlərindən sonrakı fəaliyyəti və mövcud şəraiti ilə də yaxından tanış olublar.

Daha sonra aktyorlarla görüş olub.

 





19.11.2019    çap et  çap et