525.Az

Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası - Davamı


 

Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası - <b style="color:red">Davamı </b>

(Əvvəli ötən şənbə sayımızda)

Elizabetin məşhur məhəbbət əhvalatı Dadli ilə olmuşdu, o, 1575-ci ildə Kennlvorz qəsrində bu effektli yüksəkliyi almışdı, hətta məşuqunun öz əmisi qızına evlənməsi açıldıqdan sonra da kraliçanın onunla yaxınlığı davam etmişdi. Dadli 1588-ci ildə ölənə qədər ona olan sədaqətini kraliça davam etdirmişdi və onun ölüm xəbərini eşidəndə uzun müddət bağlı qapı arxasında yaşamışdı.

Onun əvvəlki şübhəliliyi nikaha girməkdən imtina etməklə uzlaşmışdı, bu da şayiələrin yayılmasına səbəb olmuşdu ki, o, heç də bakirə deyildir. Axı onun özü də bastard kimi doğulmuşdu və ya guya müəyyən fiziki qüsurlara malik olduğundan onunla cinsi əlaqə mümkün deyildir. Əslində isə, kraliçanın Fransa kralının qardaşı d'Alenson hersoquna ərə getməsi barədə 1579-cu ildə danışıqlar getmişdi. Həmin vaxt Elizabetin ayaqları çox ağrıdığından yeriyə bilmirdi. Ona görə sarkazmla danışdı ki, qoca arvad kimi, o, cavan oğlanı kilsəyə apara bilməz və bu ittifaqın baş tutmasına razılıq verməmişdi.

1566-cı ildə Lesterin fransız səfirinə dediyi sözlərə görə, "Alihəzrət kraliçanın heç bir xəstəliyi yoxdur və ya onun elə bir təbii funksional qüsuru da yoxdur ki, dünyaya uşaq gətirməsində ona mane ola bilsin". Fransız səfiri həmin ilin avqustunda demişdi ki, o, kraliçanı hələ 8 yaşlı uşaq olandan tanıyır və o vaxtdan da bu qız uşağı deyirdi ki: "Mən heç vaxt ərə getməyəcəyəm".

Elizabet iki yaş 8 aylıq olanda kral atası onun anasını - kraliça Anna Boleyni edam etdirmişdi. O, 8 yaş 5 aylıq olanda atası onun dayısı oğlunu və kraliça Katerina Hauardı edam etdirmişdi. Onun həyatındakı bu iki hadisə heç vaxt dayanmayan psixoloji bir şərtə çevrilmişdi. Bəzən deyirdilər ki, Elizabetin Lesterə ərə getməsi ona, yəqin ki, xoş gələcəkdir, lakin hesab edirdilər ki, bu, siyasi cəhətdən düz olmayacaqdır, çünki Lester populyar deyildi. Onun birinci arvadı Elen Robsart 1560-cı ildə şübhəli şəraitlərdə qəflətən ölmüşdü. 1596-cı ildən Elizabet ərə gedə bilməzdi, çünki xalq kraliçanı ərə getmiş və ana görməkdən çox, narahat bir kütləyə çevrilmişdi - onun ölümü baş versə, vətəndaş müharibəsinin və müdaxilənin ziddinə varis, hökmən onlardan yeganə sağ qalan olacaqdı; - Buna görə də Parlament istəyirdi ki, o, xoşuna gələn bir nəfərə ərə getsin. Onun əllərinə sahib olmaq üstündə danışıqlar Elizabetin xarici siyasətinin çox mühüm hissəsi idi. Bu vəziyyət, o, taxt-taca çıxandan 1583-cü ilə qədər davam etdi, həmin vaxt onun 49 yaşı var idi. Axırıncı danışıq da d`Alenson hersoqunun saray adamları ilə aparılmışdı. Bu danışıqlar Alensonu öz qardaşı, Fransa kralı III Henrinin təsir dairəsindən uzaqlaşdırmaq üçün geniş istifadə olunurdu. Həm də güman edilirdi ki, Alenson İspaniya maraqlarına zərbə vurmaq üçün Niderlanddakı kampaniyaya daxil olacaqdır, İngiltərə tacının müttəfiqi kimi Fransanın həmin ərazidə təsirinin artmasına imkan verməyəcəkdir.

1559-cu ildə dini məsələ həll edildikdən sonra dini qarışıqlığın və siyasətin geniş şəkildə qarışması XVI əsrdə yenidən Elizabet üçün ən böyük təhlükəyə çevrildi. Mariya Styuart, Şotlandiyanın irsi kraliçası olmaqla, həmçinin, VIII Henrinin bacısı Marqaretdən törənən nəslə aid idi, Marqaretin oğlundan olan nəvəsi idi, ingilis taxt-tacına da nəzərdə tutulan varis qadın idi.

VIII Henrinin ikinci nikahının qanunsuz olduğunu düşünənlər üçün, - kral, Katerina Araqonlu ilə öz nikahını ləğv etdikdən sonra Anna Boleynə evlənmişdi, - Mariya Styuart artıq İngiltərənin kraliçası kimi qiymətləndirilidi. Bu həm də Mariyanın öz baxışı idi və o, əri, gənc fransız kralı II Fransisk öldükdən sonra, 1561-ci ildə Şotlandiyaya qayıtdı və ingilis taxt-tacına olan öz iddiasını heç vaxt dayandırmadı. Mariya öz ərini öldürən Botvell ilə nigaha girdi, lakin şotlandların kükrəyən nifrət hissinə davam gətirə bilməyb, İngiltərəyə qaçdı. O inanmışdı ki, ingilis torpağına qədəm qoyan kimi, ingilis katolikləri onu salamlamağa qalxacaq və onlar Elizabeti taxt-tacdan salacaqlar. Baxmayaraq ki, bu düşüncə yalnız öz yanlışlığını göstərirdi, buna baxmayaraq, o, hər yerdə müxalifətə güclü kömək göstərmək imkanından istifadə edirdi.

Mariyanın işi Şotlandiyada düz gətirməyəndə, nəticədə o, ölkədən qovulmaqla 1568-ci ildə İngiltərədə sığınacaq tapmaq istədi. Şotlandlar istənilən şərtlə onun geri qayıtmasına icazə vermədilər və onun xarici ölkəyə getməsinin özü də çox təhlükəli idi. Çünki o, yəqin ki, fransız və ya şotland ordusunu toplaya bilərdi və cəhd edərdi ki, İngiltərəyə müdaxilə etsin. Lakin burada onu şərəfli hesab olunan həbsdə saxlanmaqdan başqa heç bir alternativi yox idi. Mariya, nəhayət, öz qaçmaq qəsdini hazırlamağa başladı və daim bəyan edirdi ki, bu, onun istədiyi hər şeydir. Lakin üç başlıca qəsdin üstü açıldı və sübutlar təsdiqini tapdı. 1561-ci ildəki Rudolf qəsdi, 1582-ci ildəki fransız de Giz hersoqunun təşkil etdiyi qəsd və 1586-cı ildəki Babinqton qəsdi, - onların hamısına Elizabetin öldürülməsi daxil idi. Babinqton həbsdə olan Mariya Styüarta 1586-cı ilin sonunda yazmışdı ki, onunla birlikdə altı centlmen I Elizabeti öldürməyi və sonra onu taxt-taca gətirməyi qərara almışlar. Mariya Babinqtonun təklifinə şifrə yazılmış məktubla razılıq verdi. Bu üç qəsdin hamısından daha qorxulusu ispan ordusu tərəfindən İngiltərəyə müdaxilə edilməsi perspektivi idi. Bu ordu həmin vaxt niderlandlıların müqavimətini yatırtmaqla məşğul idi. Bu ordunun rəhmsiz, qəddar reputasiyası şotland kraliçasının qaldırdığı qorxunun və nifrətin ifadə olunmasına kömək etmişdi. Hər bir qəsd açıldıqdan sonra Elizabetə Parlamentdə qəzəbli təzyiq göstərənlər, qəsdçi qadın Mariyanı yalnız edam etmək istəyirdilər. Onlar kraliçanı məcbur etdilər ki, Mariyanın edam edilməsi barədə hökmü imzalasın. Lakin onun xəbəri olmadan edam həyata keçirildi, bu Elizabeti çox hiddətləndirmişdi, o, digər monarxı öldürtmək istəmirdi və buna görə həyatının sonuna qədər əzab çəkəcəyini demişdi.

Papa XIII Qreqorinin 1580-ci ildəki, kim Elizabeti o dünyaya göndərsə, onun heç bir günahı olmayacaqdır barədəki bəyanatı və 1584-cü ildə digər yeretik lider Sakit I Uilyamın qətlə yetirilməsi, o, ispanlara qarşı holland müqavimətini təşkil etmişdi, Elizabetə qarşı böyük təhlükənin mövcudluğundan xəbər verirdi.

1584-cü ildə hər bir şəhərdə imzalanan Assosiasiya müqaviləsində ingilislər and içirdilər ki, əgər Elizabet öldürülsə, onlar bu hərəkəti edənləri və kimlər üçün ki, bu hərəkət edilmişdir, onları ölümlərinə qədər təqib edəcəklər. 1585-ci il Parlamenti qərara aldı ki, Akta Kraliçanın təhlükəsizliyinin qorunması da daxil edilsin. Onun ölümündə maraqlı olan şəxslər ölümə məhkum ediləcəklər və qəsdçilərin irəli sürdüyü varis taxt-taca çıxmaqdan məhrum ediləcək, onu əvvəldən bilənlər də təqsirkarlıqda ittiham ediləcəkdilər. Bu düzəliş təkcə ədalətli deyildi, həm də Mariyanın oğlu şotlandiyalı VI Ceymsi Elizabetin nəzərdə tutulan varisi mövqeyində saxlayırdı. Ona əsas verirdi ki, VI Ceyms Elizabetə qarşı xəyanətdə iştirak etməyəcəkdir. Bunları ağıllı qaydada başa düşmək, gələcəkdə Fransa və ya İspaniya tərəfindən İngiltərənin baş taxt-tacını tutması imkanına İngiltərə üçün əsl qalxan yaratdı.

Sonrakı ili, Babinqton qəsdi açıldıqdan sonra Mariya bu Akt əsasında mühakimə edildi və 1586-cı ilin oktyabrında Elizabetin qətlinə cəhdə kömək etməkdə təqsirli bilindi. Hökumət üç ay ərzində Elizabeti inandırırdı ki, ölüm sənədini imzalasın. Bu da şübhəsiz olaraq hökmü icra etmək demək idi. Lakin Özəl Şura ona demədən order üzrə hərəkət etdikdə, başqa sözlə Mariya Styart edam edildikdə, Elizabet isteriya tənəzzülünə məruz qaldı. Elan etdi ki, heç vaxt ona razı olmamış və ya final addımını atmaq niyyətində olmamışdı. Buna baxmayaraq, 1587-ci ildə şotland kraliçasının edam xəbərinin yaratdığı xalq şadlığı şübhə edilən deyildi. Bütün kilsə zəngləri London üzərində 24 saat çaldı.

Mariya Styuart (1542-1587-ci illər) 1542-ci ildən qəbirə gedənə qədər Şotlandiya kraliçası olmaqla, kral V Ceymsin və Meri Gizin qızı idi. O, həm də VIII Henrinin uşaqlarından sonra İngiltərə taxt-tacının varisi idi. O, anadan olandan 6 gün sonra atası V Ceyms öldüyündən kraliçaya çevrilmişdi. Kralın uşaqları ilə birlikdə roman katolik dininə sitayiş etməklə Fransanın kral sarayına götürülmüşdü. 1558-ci ildə fransalı dofin, gələcək kral II Fransiskə ərə getmişdi, həmin əri 1560-cı ildə ölmüşdü.

1561-ci ildə Şotlandiyaya dönmüşdü. Ona dininə görə inanılmırdı və dul qadın kimi ona evlənmək istəyən kübarlar arasındakı intriqanın qurbanına çevrildi. 1565-ci ildə öz əmisi oğlu, Darnli baronu Henri Styuarta ərə getdi və ona kral titulu verdi. Öz ögey qardaşı, Morey qrafı Ceymsin qiyamını yatırtdı. Lakin özünü mütləq monarx edə bilmədi. Roman katolitsizmini yaymaqla, Darnlinin taxt-tacın ona və varisinə ömürlük verilməsi tələbinə zidd çıxdığından, digər kübarlarla sıx birlik yaratdı. Darnli onun katibi, italyan Rittsionu 1566-cı ildə öldürdü, həmin ili Mariya oğul doğdu, sonralar o, I Ceyms kimi İngiltərənin kralı oldu.

Mariya Styuart 1567-ci ildə Botvell qrafı Ceyms Herbam tərəfindən kraliçalıqdan devrildi. Güman edilir ki, bu qadının öz təxribatı imiş. 1567-ci ildə Botvellə ərə getdi. Bu nikah şotland kübarlarının qiyamına səbəb oldu və 1567-ci ilin iyulunda Karberi təpəsindəki döyüşdə öz ordusunu qoyub qaçdı. Bu, b.e.ə. 31-ci ildə Aktsi dəniz döyüşündə Kleopatranın Antonini qoyub qaçmasına bənzəyirdi.

Mariya Styuart Botvelldən ayrılmağa məcbur edildi, öz oğlunun xeyrinə taxt-tacı tərk etməsini imzaladı. Lox Levendə həbs olunmaqdan qaçdı, lakin Morey tərəfindən 1568-ci ildə Lanqsaydda məğlub edildi. İngiltərəyə qaçdı, kraliça Elizabet tərəfindən ömürlük dustaq kimi saxlanıldı.

Onun xeyrinə qaldırılan bir sıra katolik üsyanları yatırılmaqla, ingilis taxt-tacına təhlükəli rəqib ola bilmədi. Botvelldən boşanması ilə razılaşdı.

1586-cı ildəki Babilqron qəsdində və əvvəlki iki qəsddə iştirak etdiyinə görə mühakimə olundu və ölüm cəzasına məhkum edildi. 19 illik həbsdən sonra Fezerinhetdə 1587-ci ildə onun boynu vuruldu.

Elizabet İspaniyaya tam ölçüdə haqqı ödənilməyən, cavabı verilməyən çoxlu zərbələr vururdu. Ser Frensis Dreyk dünya ətrafına üç illik səfərdən 1580-ci ildə qayıtmışdı və kraliça ilə özəl danışığa gəlmişdi ki, Amerikadan qayıdan ispan sərvət gəmilərini qarət edəcəkdir. Əgər o tutulsa, Elizabet ondan imtina etməli idi.

1585-ci ildə kraliça, Lesterin başçılığı altında kiçik qüvvə göndərdi ki, niderlandlıların müqavimətinə kömək göstərilsin. 1586-cı ildə bu qüvvə geri çəkildi, lakin şotland kraliçasının 1587-ci ildə edam edilməsi kral II Filippə İngiltərəyə müdaxilə etmək perspektivini daha cəzbedici etdi, çünki bu o demək idi ki, Filipp qələbə çaldıqda ingilis taxt-tacına da yiyələnəcəkdi və onu özünə götürəcəkdi. Bu isə onun çoxdankı arzusu idi. Dreykin ispan yüklərinə və 1587-ci ildə Kadis və Lissabon anbarlarına viranedici reydi, nəhayət, Filippi bu qərara gətirdi ki, Niderlandı tabe etməmişdən əvvəl İngiltərəyə hücum etsin.

İspan Armadası 1588-ci ilin iyulunda üzməyə başladı, niyyəti də bu idi ki, Fiandriya sahilində dayandıqdan sonra Temza estuarisində sahilə yan alsın.

(Ardı var)

 





19.11.2019    çap et  çap et