525.Az

Mirzə Cəlilin nəticəsi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda - Foto


 

Mirzə Cəlilin nəticəsi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda - <b style="color:red">Foto </b>

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Bakıya gələn qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər.

Qonaqlar əvvəlcə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda türk dünyasının tarixindən, mədəniyyət və irsindən bəhs edən eksponatlarla tanış oldular. Qonaqları salamlayan Fondun prezidenti Günay Əfəndiyeva fond haqqında məlumat verdi.

Bildirdi ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edilmişdir.  O, bu ilin oktyabr ayıında   Bakida kecirilən Türkdilli Dövlətlərin Əməkdaşliq Şurasinin VII Zirvə toplantısı cərcivəsində Fondun binasının  rəsmi acıliş mərasimində uzv ölkələrin xarici işlər nazirlərinin və beynəlxalq türkdilli təşkilatların rəhbərlərinin iştirakıyla gərçəkləşdiyini  söylədi. 

Günay xanım Əfəndiyeva, görüşdə iştirak edən  Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislavyə  mütəfəkkir və yazıçının həyatından danışdı. Ağır həyat sürdüyünə baxmayaraq, əsərlərindəki incə yumorla xalqının təfəkküründə işıq yandırmaq istədiyini bildirdi. Fondun məqsədi fəaliyyət, layihə və proqramların dəstəklənməsi və həyata keçirilməsi vasitəsilə türkdilli xalqların mədəniyyəti və irsinin öyrənilməsi, qorunması və təşviq edilməsindən danışan Günay Əfəndiyeva,   Mirzə Cəlilin yubiley ili çərçivəsində  xarici ölkələrdə, o cümlədən Polşada da  yubiley tədbirlərinin  keçirilməsini təklif  etdi.

Görüşdə iştirak edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlərin türk dünyası və xalqlarının irsi üçün olan   böyük əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, bu ocaq türk dünyasının və dünyanın mədəni tədbirləri üçün gözəl bir yerdir. Burada keçirilən tədbirlər Türk xalqlarının daha da birləşməyinə xidmət edəcək.

TÜRKSOYun  baş katibinin müavini  Bilal Çakıçı Beynəlxalq Türk Mədəniyyəti və  İrsi Fonduna ilk gəlişinin böyük mütəfəkkirin xatırlandlığı günlərə təsadüf etdiyindən məmnun olduğunu ,türk xalqlarının bu ocağında türk dünyasının milli mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması üçün böyük işlər görüləcəyinə inandığını dedi. Eyni zamanda, TURKSOY bu istiqamətdə apardığı işlərdən bəxs etdi. Cəlil Məmmədquluzadənin  povest və hekayələrini özbək dilinə tərcümə edən  yazıçı Hemidulla Baltabayev  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna Özbəkistanın bu ildən etibarən Fondun üzv olmaqınan məmnunluqu dilə qətirdi. Tədbirin digər qonağı Bolqarıstan Elmlər Akademiyyasının Ədəbiyyat İnstitutunun nümayəndəsi  İvan Xristov Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu ilə Bolqarıstandakı türk izlərinin öyrənilməsində birlikdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirdi. Söylədi ki, belə əməkdaşlıqdan  mədəniyyətlər və ədəbiyyatlar güclənəcək.

Sonda Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav öz  təşəkkürlərini  bildirərək, “Azərbaycana dəvət mənim  üçün gözlənilməz oldu. Ona görə də öz oğlumu da ulu babamızın  vətənini görməyə gətirdim. Mən çox şadam ki, mənim ulu babam  Azərbaycan mədəniyyətinə belə böyük tövhələr verib. Ümid edirəm ki, Fondla əməkdaşlığımız gələcəkdə də davam edəcək”.- dedi.

Görüşün sonunda qonaqlar Fondun kitabxanasına qiymətli kitablar hədiyyə etdilər. Öz növbəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti  Günay Əfəndiyeva qonaqlara xatirə hədiyyələri  təqdim etdi. 

 





20.11.2019    çap et  çap et