525.Az

Azərbaycan musiqisinin təbliğatçısı və ustadı tutulub


 

Azərbaycan musiqisinin təbliğatçısı və ustadı tutulub<b style="color:red"></b>

Azərbaycanın tanımış musiqiçisi, bəstəkar, müəllim 72 yaşlı Həsən Dəmirçi Həsən Dəmirçi (Həsənağa Azərbaycan) noyabrın 4-də tutulub.
 
Lent.a-ın Güney Azərbaycanyölnü informasiyalara istinadən məlumatına görə, ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları onu səhər tezdən yaşadığı evdə həbs edərək, naməlum istiqamətə aparıblar. H.Dəmirçiyə qarşı irəli sürülən ittihamlar barəsində Tehran hakimiyyətinin uyğun qurumları nə özün, nə də ailəsini məlumat verməyib.

Xatırladaq ki, ustad Dəmirçi dəfələrlə həbs edilib. O, bu il  iyulun 14-də İran İnqilab məhkəməsinin Təbrizdəki şöbəsinin 3-cü bölməsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib.
 
Məhkəmə Həsən Dəmirçini ötən ilin avqustunda Qaradağ mahalında baş vermiş zəlzələdə ziyan çəkən ailələrə «maddi yardım toplamaqda, qanunsuz yollarla Azərbaycan musiqisinin tədrisi ilə məşğul olmaqda, ölkədə və xaricdə separatçı qruplarla əlaqə saxlamaqda, azərbaycanlı fəallarla görüşməkdə və dövlət quruluşuna qarşı təbliğatda» «təqsirli» bilərək 6 ay müddətinə şərti həbs cəzasına məhkum etmişdi.

Həsən Dəmriçi o taylı, bu taylı Azərbaycan musiqi ictimaiyyətinə yaxşı tanışdır. O, Güney Azərbaycan Azərbaycan milli-musiqisini təbliğ və tədrisi edən ilklərdəndir. Həsən Dəmirçi özəl musiqi məktəbə açaraq, güney azərbaycanlılara milli-musiqimizi öyrədir. İran hakimiyyəti dəfələrlə onun məktəbini qapadıb.

 





04.11.2013    çap et  çap et