525.Az

Cümhuriyyətin təhsil və dil siyasətilə bağlı birgə mühazirə


 

Cümhuriyyətin təhsil və dil siyasətilə bağlı birgə mühazirə <b style="color:red"></b>

Noyabrın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ofelya Babayeva və Azərbaycanşünaslıq ETL-nin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun "Azərbaycan Xalq Cümhuriyyətinin təhsil və dil siyasəti" mövzusunda birgə mühazirəsi keçirilib.

Əvvəlcə çıxış edən Elçin İbrahimov keçirilən dərsin mahiyyəti haqqında ümumi məlumat verərək, bildirib ki, mühazirələr ADU-nun rektoru, Əməkdar elm xadimi, akademik, Xalq yazıçısı Kamal Abdullanın ideyası əsasında təşkil edilir.
 
E.İbrahimov bu tip mühazirələrin xarici ölkələrin universitetlərində çoxdan tətbiq edildiyini bildirib. E.İbrahimov bizim universitetdə də tədris edilən belə mühazirələrin tələbələrin biliklərini daha da təkmilləşməsinə öz töhfəsini verəcəyinə inandığını qeyd edib.

Sonra O. Babayeva bildirib ki, ADU hər zaman təhsil islahatlarından irəli gələn yeni tələblərə cavab verən bir universitet kimi seçilib. Uzun müddətdir ki, ADU-nun filologiya fakültəsində Azərbaycan filologiyası ixtisası üzrə təhsil alan tələbələrə "Ölkəşünaslıq” fənni tədris edilir. Bu fənn vasitəsilə tələbələr təhsil aldıqları ixtisas dili ilə yanaşı, həm də öyrəndikləri dili təmsil edən dövlətin tarixini, ədəbiyyatını, mədəniyyətini ve s. öyrənirlər.

Daha sonra çıxış edən Elçin İbrahimov Azərbaycan Xalq Cümhuriyyəti dil, əlifba və təhsil məsələləri mövzusunda tələbələrə AXC-nin fəaliyyət göstərdiyi 23 ay ərzində həyata keçirdiyi tədbirlərin xalqımızın tarixində əhəmiyyətli izlər buraxmasından danışıb. E.İbrahimov Cümhuriyyət dövründə dil məsələlərinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Qeyd edilib ki, “Cümhuriyyət dövründə bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyənləşdirilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb. AXC hökümətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edilib. Hökumət türk (Azərbaycan) dilini dövlət dili kimi qəbul edərək, ölkənin məhkəmə, daxili işlər idarələrində və digər sahələrdə çalışanların dövlət dilini bilmələrinə qədər olan müddətdə hökumət müəssisələrində rus dilinin işlənməsinə də icazə verib”.

Birgə mühazirənin sonunda tələblərin sualları cavablandırılıb.

 





20.11.2019    çap et  çap et