525.Az

Əjdər Olun yeni romanı çapdan çıxıb


 

Əjdər Olun yeni romanı çapdan çıxıb<b style="color:red"></b>

Bu günlərdə yazıçı Əjdər Olun "LO" adlı yeni romanı işıq üzü görüb.
 
"Qanun" nəşriyyatında çap olunan əsəri yazıçı "canlı roman" adlandırıb. Kitabın redaktorları Əsəd Cahangir, Mahir N.Qarayev, korrektoru Zahir Məmmədlidir. Mətn dizaynı Günay Seyidova, qapaq dizaynı Rafael Qasıma aiddir.

Kitabın üz qabığındakı rəsm Xalq rəssamı Sakit Məmmədovundur.

"LO" romanı uydurma deyil, canlıdır, gerçəkdir. Əsər son iki yüz ildə xalqımızın ən böyük hadisələrinin baş verdiyi 1988-1993-cü illəri əhatə edir. Bir-biri izləyən olaylarda öz adı ilə iştirak edən qəhrəmanlar milli azadlıq hərəkatının, dövlət müstəqilliyinin, Qarabağ müharibəsinin fəal iştirakçılarıdır. Onları həyatda da tanıyırıq. Hadisələrin şahidi olan müəllif insanların taleyini dəyişən, evlərimizin içərisinə qədər gəlib çıxan qanlı-qadalı hadisələri geniş panoramda təsvir edir. İlk səhifədən oxucu romanın "əhalisi"nə qaynayıb-qarışır. "LO" hər kəsin romanıdır.

Artıq satışda olan kitabı şəhərin müxtəlif yerlərindəki "Əli və Nino" kitab mağazası şəbəkələrindən əldə etmək olar.

ŞAHANƏ

 





20.11.2019    çap et  çap et