525.Az

Kaspşik Ermənistan müdafiə naziri ilə görüşdü


 

Kaspşik Ermənistan müdafiə naziri ilə görüşdü<b style="color:red"></b>

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik İrəvanda Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb.

APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı D. Tonoyan və A. Kaspşik Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyəti müzakirə ediblər.

“Tərəflər münaqişənin həlli prosesindəki humanitar xarakterli tədbirləri, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin bu istiqamətdə səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıblar. David Tonoyan və Anjey Kaspşik təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədində etimadın gücləndirilməsi mexanizmlərinin tətbiq olunmasının vacibliyini qeyd ediblər”, - deyə Ermənistan Müdafiə Nazirliyin yaydığı məlumatda qeyd olunub.

 





21.11.2019    çap et  çap et