525.Az

Bakıda marşrut avtobusu qatarla toqquşub, xəsarət alanlar var


 

Bakıda marşrut avtobusu qatarla toqquşub, <b style="color:red">xəsarət alanlar var</b>

Bakıda sərnişin avtobusu qatarla toqquşub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 06:00 radələrində Xətai rayonu, Cavanşir körpüsünün yaxınlığında qeydə alınıb.
 
30 saylı xətt üzrə hərəkət edən marşrut avtobusunun yük qatarı ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

 





05.11.2013    çap et  çap et