525.Az

Gülər Əhmədovanın əri AzTv-dən ayrıldı


 

Gülər Əhmədovanın əri AzTv-dən ayrıldı<b style="color:red"></b>

Sabiq millət vəkili Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədovun AzTV-dəki işindən çıxarıldığı ilə bağlı məlumata aydınlıq gətirilib.

“O öz istəyi ilə işdən çıxıb” – deyə Modern.az saytına AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım məlumat verib. O, bildirib ki, Dövlət Televiziyasında Reklam şöbəsinin müdiri olmuş F.Əhmədovun işdən gedişi könüllü olub.

“Fikrət Əhmədovun AzTV-dən ayrılması onun öz istəyi ilə həyata keçib. Telekanal rəhbərliyi onu işdən uzaqlaşdırmayıb. Sadəcə, Fikrət  Əhmədov bu yaxınlarda özü rəhbərliyə ərizə ilə müraciət edərək, işdən çıxmaq istədiyini bildirib. Səbəbini də bilmirik. Onun hazırda nə işlə məşğul olması barəsində heç bir məlumat yoxdur”, – deyə X.Qasım qeyd edib.

Qeyd edək ki, F.Əhmədov 1995-ci ildən AzTV telekanalında reklam şöbəsinin müdiri kimi çalışırdı.

Modern.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Fikrət Əhmədov ağır xəstəlikdən əziyyət çəkdiyi üçün bir müddət öncə əməliyyat olunub və buna görə də işdən ayrılıb.

 





11.10.2012    çap et  çap et